Ana Səhifə/Hazırlıq/MİQ (Müəllimlərin İşə Qəbulu)/İbtidai sinif müəllimi/Riyaziyyatın tədrisi metodikası
MİQ (Müəllimlərin İşə Qəbulu) · İbtidai sinif müəllimi

Riyaziyyatın tədrisi metodikası

I-IV sinif riyaziyyat

15
Sual
8
Bu səhifədə
1
Çətinlik pilləsi
Orta — 15

Sual və izahlar

Düzgün variant yaşıl işarələnib, altında izahatı verilib.

01I sinifdə ədəd anlayışının formalaşdırılmasında hansı prinsipdən istifadə edilir?
AKonkretdən mücərrədə keçid prinsipi
BMücərrəddən konkretə keçid prinsipi
CYalnız verbal izahat prinsipi
DSimvolik təqdimat prinsipi
İzahKiçik məktəb yaşlı şagirdlərdə ədəd anlayışı əvvəl konkret predmetlərlə, sonra mücərrəd şəkildə formalaşdırılır
02II sinifdə toplama əməlinin öyrədilməsində hansı ardıcıllıq düzgündür?
AƏvvəl yazılı, sonra şifahi hesab
BƏvvəl şifahi, sonra yazılı hesab
CYalnız yazılı hesab
DYalnız şifahi hesab
İzahMetodikaya görə əvvəl şifahi hesab bacarıqları möhkəmləndirilir, sonra yazılı forma keçilir
03Riyaziyyat məsələlərinin təhlili mərhələsində şagirdlər nəyi müəyyənləşdirməlidir?
AYalnız cavabı
BYalnız şərti
CMəlum və naməlum məlumatları, əlaqələri
DYalnız ədədləri
İzahMəsələnin təhlili mərhələsində məlum və naməlum məlumatlar, aralarındakı əlaqələr müəyyənləşdirilir
04III sinifdə vurma cədvəlinin öyrədilməsində hansı yanaşma təvsiyə olunur?
AYalnız əzbərləmə
BYalnız hesablama
CYalnız yazılı işlər
DDərk etmə əsasında əzbərləmə
İzahVurma cədvəli əvvəl məna baxımından dərk edilməli, sonra əzbərləmə prosesi aparılmalıdır
05I-IV siniflərdə həndəsi fiqurların öyrədilməsində hansı yanaşma əsasdır?
APraktik-əməli fəaliyyət
BNəzəri izahat
CYalnız təsvir
DYalnız ölçmə
İzahKiçik məktəb yaşında həndəsi anlayışlar praktik-əməli fəaliyyət vasitəsilə daha yaxşı mənimsənilir
06II sinifdə çıxma əməlinin yoxlanması necə aparılır?
AYalnız təkrar çıxma ilə
BToplama əməli ilə yoxlanır
CYalnız müəllimin yoxlaması ilə
DYalnız hesablama maşını ilə
İzahÇıxma əməlinin düzgünlüyü toplama əməli vasitəsilə yoxlanılır: a-b=c olarsa, b+c=a olmalıdır
07Riyaziyyat dərsində diferensial yanaşmanın tətbiqi nəyi nəzərdə tutur?
ABütün şagirdlərə eyni tapşırıq
BYalnız güclü şagirdlərə diqqət
CŞagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq tapşırıq
DYalnız zəif şagirdlərə kömək
İzahDiferensial yanaşma hər şagirdin imkanları və səviyyəsinə uyğun tapşırıqların verilməsini nəzərdə tutur
08IV sinifdə bölinmə əməlinin öyrədilməsi hansı ardıcıllıqla aparılır?
AEyni vaxtda bütün hallar
BƏvvəl çoxrəqəmli ədədlər
CYalnız cədvəl halları
DƏvvəl cədvəl halları, sonra cədvəldənkənar
İzahMetodiki ardıcıllığa görə əvvəl vurma cədvəli əsasında bölinmə, sonra cədvəldənkənar hallar öyrədilir

Bu mövzuda daha 7 sual var. Qeydiyyatdan keçib hamısını təsadüfi ardıcıllıqla, imtahan rejimində həll edin.

Pulsuz imtahana başla

Tez-tez verilən suallar

Riyaziyyatın tədrisi metodikası üzrə neçə sual var?

Bu mövzuda hazırda 15 aktiv sual var. Bu səhifədə onlardan 8-i izahatla birlikdə göstərilir.

Cavabların izahatı varmı?

Bəli. Hər sualın düzgün cavabı və nə üçün doğru olduğunun izahatı göstərilir — səhvin səbəbini dərhal başa düşürsünüz.

Riyaziyyatın tədrisi metodikası mövzusuna necə hazırlaşmaq olar?

Bu səhifədəki nümunə sualları həll edin, sonra qeydiyyatdan keçib fərdiləşdirilmiş imtahan yaradın. Sistem zəif mövzularınızı müəyyən edir.

İbtidai sinif müəllimi — digər mövzular